Beynəlxalq uçuşlar nə zaman bərpa olunur? - RƏSMİ AÇIQLAMA

“İyunun 15-nə qədər sərhədlərin bağlı qalması, uçuşların dayandırılması barədə qərarımız qüvvədədir”.
BAKU.WS-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
İ. Məmmədov qeyd edib ki, məhdudlaşdırma şənbə və bazar günləri üçün ola bilər: “Bunun detalları sabah açıqlanacaq qərarda bilinəcək. Epidemioloji vəziyyətə əsasən Operativ Qərargah qərar qəbul edir. Bugünkü şərtlərdən çıxış etsək, sərhədlərin açılmasının və aviareyslərin bərpası ilə bağlı qərarın qəbulu aktual görünmür. Amma növbəti həftə vəziyyət necə olacaqsa, buna da uyğun qərar veriləcək”.
Oxşar xəbərlər
Azərbaycanda bu qadağalar hələ də qüvvədədir - SİYAHI
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəst...