“İnsanlar 4 ay sonra yenidən koronavirusa yoluxa bilir” - TƏBİB-dən XƏBƏRDARLIQ

“Vətəndaşların əks-epidemik tədbirlərə ciddi riayət etmələri aparılan testlərin sayından qat-qat önəmlidir”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R.Bayramlı deyib ki, indiyə qədər keçirilən testlərin 1,3 faizi müsbət olub, yoluxma halları aşkarlanıb:
“Önümüzdəki aydan etibarən isə seroloji testlərin icrasına başlanacaq. Mart, aprel və may aylarında koronavirusdan sağalan xəstələr iki qrupa ayrılacaq. Anticisimlərin aşkarlanması ilə müəyyən edəcəyik ki, orqanizmin immun cavabı necə olur. İndiyə qədər insanlarda 4 növ koronavirus xəstəlik törədib, 4 ay sonra insanlar yenə bu xəstəliyə yoluxa bilir”.
Oxşar xəbərlər
Koronaviruslu xəstələri müalicə edən həkim: "Biz bəzilərini məcburi qaydada xəstəxanada saxlayırıq"
Koronavirus yalnız ona yoluxan xəstələrin deyil, həmin xəstələri müalicə edən həkimlərin də ətraf mühitdən təcrid edilməsini zəruri edir. Buna görə də öz həyatl...
