Xalq artistinin oğlu evinə dönə bilmir - VİDEO

Xalq artisti Möhlət Müslümovun oğlu Rüstəm ABŞ-dan qayıda bilmir.BAKU.WS xəbər verir ki, musiqiçi "Bizimləsən" verilişində təyyarə reysləri təxirə salındığı üçün övladının geri qayıda bilmədiyini deyib:"Festivala getmişdi. Martın 7-də yola düşdülər. Daha sonra Novruz bayramı ilə bağlı tədbirlərə qatılmalıydılar. Tədbirlər təxirə düşdü, martın 23-də qayıtmaq üçün biletləri var idi. Həm də martın 23-də ən sonuncu uçuş olacaqdı. Amma təxirə salındı. İndi gələ bilmir, orada qalıb. Deyiblər, uçuş olan kimi sizi yollayacağıq".Rüstəmin və onunla birlikdə tədbirlərdə iştirak etmək məqsədilə Amerikaya gedən digər musiqiçilərin 1 illik vizaları var. Lakin onlar ABŞ-da 6 ay qala bilərlər.
Oxşar xəbərlər
Kamran Əliyev: “Bakı maşınları rayonlara gedib qayıda biləcək” - MÜSAHİBƏ
Koronavirusa görə Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsin...
