VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyalı jurnalist Domeniko Letiza Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişinə canlı bağlanaraq ölkəsindəki koronavirus pandemiyasının fəsadlarından danışıb.

O, İtaliyada mövcud vəziyyətdən necə çıxış yolu tapdıqlarını anladıb: "Burada vəziyyət çox mürəkkəbdir. Biz hamımız evlərimizə çəkilmişik və evimizi tərk edə bilmirik.

Evdən yalnız bazarlıq üçün çıxmağa icazəmiz var. Ölkəmizdə iqtisadi vəziyyət heç də ürəkaçan deyil. Şirkətlərin çoxu bağlanıb, biznes əməkdaşlıqları sıfır həddindədir. Məsafədən idarəçilik sisteminə keçmişik. Hətta jurnalistlər olaraq biz də, belə şəraitdə işləyirik".

Letiza Azərbaycan xalqına koronavirusla bağlı tövsiyə verərkən, əvvəlcə ölkələrimiz arasındakı dostluq münasibətlərindən, Azərbaycan xalqının İtaliya xalqına mənəvi dəstəyindən danışıb.

Bakı Media Mərkəzinin hazırladığı videoçarxa baxdığını deyən jurnalist, buna görə təşəkkürünü bildirib:

"Videomaterialda İtaliya vətəndaşlarına mənəvi dəstək verilib. Bir şeyi qeyd edim ki, İtaliyada vəziyyət çox pisdir. Virusa yoluxma halı həddən artıq çoxdur. Bunun çarəsi dövlətdən asılı deyil. Dövlət deyir ki, evdə qalın.

Bu xəstəliyin tək çarəsi evdə qalmaqdır. Yeganə həll yolu kimi evdən çıxmamaq göstərilir. Nəzərə alsaq ki, 10 mindən çox ölüm faktı var, yoluxmamaq üçün evdə qalmaqdan başqa əlac yoxdur".

BAKU.WS
VİDEO