SİZİN REKLAM BURADA!
055 213 76 73


"Çalışmalıyıq ki, daxili tələbatı maksimum dərəcədə yerli istehsalla təmin edək. Özümüzü təminetmə əmsalına gəldikdə, bu sahədə daha dəqiq statistika aparılmalıdır".

BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, ona müxtəlif dövlət qurumlarından fərqli rəqəmlər təqdim edilib:

"Ona görə bunu da sizə tapşırıram ki, siz təhlil edin, bütün dövlət qurumlarının rəqəmlərini və real vəziyyəti mənə məruzə edin ki, bizim özümüzü təminetmə əmsalı əsas istehlak malları üzrə nədən ibarətdir ki, biz daha dəqiq öz siyasətimizi proqnozlaşdıraq.

O cümlədən, sahibkarlara dəstək fondu hesabına o sahələrə vəsait kredit ayıraq ki, o sahələr hələ ki, idxaldan asılıdır. Eyni zamanda bizim ixracımız və özümüzü təminetmə imkanlarımızı təhlil edərkən mütləq Azərbaycanda istehsal olunan mallara xarici komponentinin faizi də nəzərə alınmalıdır. Çünki bəzi hallarda xarici xammal böyük paya gəlib çıxır. Ona görə də bu istiqamətlər üzrə İqtisadiyyat Nazirliyi fəal işləyir və bu işləri davam etdirir. Hesab edirəm ki, bütün bu işləri düzgün qura bilsək və mən buna şübhə etmirəm, bu çətin sınaqdan da şərəflə çıxa biləcəyik".

BAKU.WS