Azərbaycanda koronavirusa yoluxmuş beş nəfər sağaldı - RƏSMİ

26
mar
2020
16:28
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş beş nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü, 29 yeni yoluxma
Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 1 nəfər vəfat etmişdir. Nazirlər Kabineti yanında Operativ...
