Daha 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb

Daha 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb
Sosial 466

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıblar.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan BAKU.WS-ə verilən məlumatda bildirilir ki, bu günə olan məlumata əsasən, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib.

Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.

Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Oxşar xəbərlər

Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlandı

Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlandı

İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə...

3289 Sosial 14:36 13 mart 2020

Son xəbərlər