Azərbaycanda koronavirusa yoluxmuş 3 nəfər sağalıb
İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan BAKU.WS-ə verilən məlumata görə, hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Bildirilib ki, əvvəl koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar.
Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.
Oxşar xəbərlər
İrandan qayıdan daha iki Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb
İran İslam Respublikasından qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alın...