İrandan qayıdan daha iki Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb
İran İslam Respublikasından qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə BAKU.WS-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.
Operativ Qərargahdan bildirilib ki, bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil-orta ağırdır, hazırda xəstə nəzarət altında saxlanılır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür.
Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyəti stabildir.
Qeyd edək ki, bununla Azərbaycanda koronavirusa yoluxanların sayı 11-ə çatıb.
Oxşar xəbərlər
Qumda təhsil alan Azərbaycan vətəndaşları koronavirusa yoluxdu
İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə BAKU.WS-ə Nazirlə...