Bakıda avtobusda biabırçılıq - FOTO

Bakıda avtobusda qoyulan dezinfeksiyaedici məhlul müzakirəyə səbəb olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə foto paylaşılıb.
Sərnişinlər 51 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusdakı vəziyyətdən şikayət ediblər.
İddia edilir ki, avtobusda qoyulan spirt deyil:
“İnsanları koronavirusdan gördüyünüz şəkildə qorumağa çalışırlar. Deyilənə görə, içərisində spirt əvəzinə, tut arağı və su ilə izolə edilmiş məhlul var. Hələ qutusuna baxın! Butulkanı yapışqan lentlə (skoç) qeyri-normativ standartlarla dirəyə bərkidiblər. Biabırçılıqdır”.

Oxşar xəbərlər
Azərbaycanın bu bölgəsində hər gün 30 min spirt istehsal olunur - FOTO
Koronavirus infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar dünyada bəzi dərman vasitələri, tibbi spirt və maskalara tələbat artıb. Müşahidələr göstərir ki, art...