SİZİN REKLAM BURADA!
055 213 76 73


Peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslər olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov “Facebook” səhifəsində yazıb.

Qurum rəhbəri bildirib ki, bu gündən teledərslərin çəkilişinə başlanır:

"Bayramdan sonra həmin teledərslər yayıma başlayacaq. Hər şey yaxşı olacaq".

Qeyd edək ki, koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə təhsil müəssisələrində dərslərin dayandırılmasından sonra martın 11-dən Azərbaycan dili bölməsi, martın 16-dan başlayaraq isə həftənin 5 günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib.

Proqramda teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olur.

BAKU.WS