Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 919 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 115 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, 89 nəfər aktiv xəstə sayını təşkil edib.

Ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 826, bu günə qədər isə ümumilikdə 6 929 541 test icra olunub.

 

BAKU.WS