VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan ilkin mərhələdə iki ölkə ilə quru sərhədini açmalıdır. Bunlar Gürcüstan və Rusiyadır. Hər iki ölkədə pandemiya ilə bağlı səviyyə aşağıdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında deputat Fazil Mustafa bildirib.

O əlavə edib ki, növbəti mərhələdə İranla quru sərhəd də açılmalıdır: "Bu ölkəyə də vətəndaşların xeyli hissəsi gedir və iqtisadi əlaqələr qururlar.

Lakin ilkin mərhələdə Rusiya ilə bu problem həll edilməlidir. Rusiyadan gələn azərbaycanlılar sərhəddə qalıblar. Onlara qarşı bu rəftar yolverilməzdir. Bu şəxslər sərhəddən öz ölkələrinə buraxılmalıdır. Çünki bu qədər insanın Dərbənddə xəstəliyə yoluxma riski böyükdür.

Ardınca Gürcüstanla sərhəd açıla bilər ki, orada çox sayda insanlar öz doğma ocaqlarına gedə bilmirlər. Ancaq təyyarə ilə Tiflisə getmək mümkündür və bu da sıxıntı yaradır".

BAKU.WS