Daha iki müəllim koronavirusdan vəfat etdi - Direktor karantinə alındı

1 saylı Mingəçevir şəhər tam orta məktəbinin ibtidai sinif müəllimi Mətanət Nəsibova koronavirus səbəbindən dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Mingəçevir Şəhər Təhsil Şöbəsindən məlumat verilib.
Məlumata görə, 13 nömrəli orta məktəbin direktoru Tünzalə Seyidova isə virusa yoluxub və hazırda karantindədir.
Mingəçevirdə yerləşən Ağdam rayon 74 saylı orta məktəbin ibtidai sinif müəllimi Abışova Raya Məcid qızı da COVID-19 səbəbindən dünyasını dəyişib.
Bundan başqa Mingəçevir Şəhər Texniki Humanitar Liseyi koronavirusa yoluxmalar səbəbindən distant formada təhsilə keçib.
Oxşar xəbərlər
Məktəblərdə dərslər dayandırılır? - RƏSMİ AÇIQLAMA
Bakıda daha iki məktəb koronavirusa görə bağlanıb. BAKU.WS xəbər verir ki, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi və R.Pirnəzərov adına 299 saylı mə...