Daha bir məktəbdə müəllimlər koronavirusa yoluxdu, distant təhsilə keçildi

12
apr
2021
22:16
Biləsuvar rayonunda koronavirusa yoluxma halının aşkarlanması səbəbindən təhsil müəsisəsinin fəaliyyəti dayandırılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Biləsuvar şəhər 1 saylı tam orta məktəb distant təhsilə keçib. Buna səbəb məktəbin iki müəllimində koronavirusa yoluxma halının aşkarlanmasıdır.
Qeyd edək ki, bu təhsil ocağı koronavirusa yoluxma halının aşkarlanması ilə bağlı Biləsuvarda fəaliyyətini dayandıran ilk məktəbdir.
Oxşar xəbərlər
Zərdabda iki məktəb infeksiya səbəbindən onlayn təhsilə keçib
Daha iki məktəb koronavirus infeksiyası səbəbindən onlayn təhsilə keçib. BAKU.WS ”Report”a istinadən xəbər verir ki, Zərdab rayonunun Məlikmudlu və Callı kənd o...
