SİZİN REKLAM BURADA!
055 213 76 73


Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli komaya düşüb.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb.

O bildirib ki, A.İsmayılbəyli koronavirusdan əziyyət çəkir: “Onun həyat yoldaşı Mərziyyə xanım COVİD-19-dan dünyasını dəyişib. Hazırda Arif bəy özü koronavirusla mübarizə aparır, komadadır”.

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.

BAKU.WS