Azərbaycanda partiya sədrinin müavininin xanımı öldü, özü isə komadadır

08
apr
2021
12:09
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli komaya düşüb.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb.
O bildirib ki, A.İsmayılbəyli koronavirusdan əziyyət çəkir: “Onun həyat yoldaşı Mərziyyə xanım COVİD-19-dan dünyasını dəyişib. Hazırda Arif bəy özü koronavirusla mübarizə aparır, komadadır”.
Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.
Oxşar xəbərlər
Aparıcı Günay Firudinqızının anası koronavirusdan öldü
Tanınmış teleaparıcı Günay Firudinqızına ağır itki üz verib. BAKU.WS xəbər ki, aparıcının anası Fəridə İsmayılova rəhmətə gedib. Ölüm xəbərini təsdiqləyə...
