Bakı sakinlərinə XƏBƏRDARLIQ

Bakı sakinlərinə XƏBƏRDARLIQ
Sosial 1198

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, son günlərdə COVİD-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq noyabr ayının 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla bağlı Bakı meriyasından BAKU.WS-ə bildirilib.

Dezinfeksiya işləri ilə əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Oxşar xəbərlər

Bakı sakinlərinə MÜRACİƏT - Şəhər dezinfeksiya olunacaq

Bakı sakinlərinə MÜRACİƏT - Şəhər dezinfeksiya olunacaq

Son günlərdə koronavirusa yoluxanların sayında artımın olması nəzərə alınaraq noyabr ayının 14 və 15-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tər...

366 Sosial 11:02 13 noyabr 2020

Son xəbərlər