SOCAR Türkiyənin "İğdır" futbol klubunun forma sponsoru oldu

SOCAR Türkiyənin İğdır futbol klubunun forma sponsoru oldu
İdman 23

SOCAR 2024-2025 mövsümündə Türkiyənin "İğdır" futbol klubunun bütün rəsmi oyunlarının forma sponsoru olub.

BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, Alagöz Holdinq "İğdır" futbol klubunun obyektlərində keçirilən imza mərasimində "SOCAR Türkiye"nin baş direktoru Elçin İbadov, "İğdır" futbol klubunun prezidenti Cantürk Alagöz, klub rəhbərləri və "İğdır FK" futbolçuları iştirak ediblər.

Razılaşmaya əsasən, "İğdır" futbol klubu bütün rəsmi matçlarda SOCAR-ın loqosu olan formaları geyinəcək.

İmzalanma mərasimində çıxış edən "SOCAR Türkiye" şirkətinin baş icraçı direktoru Elçin İbadov "İğdır" futbol klubuna bu mövsüm mübarizəsində uğurlar arzulayıb:

"SOCAR Türkiye" olaraq sosial inkişaf layihələrinə və idmana verdiyimiz dəstəklə ölkəmizə qoyduğumuz iqtisadi sərmayələri taclandırırıq. Bu mənada "İğdır" futbol klubuna dəstək olmaq bizim üçün böyük xoşbəxtlikdir. Bu əməkdaşlığın İğdır və hər iki ölkə üçün faydalı olacağına ümid edirik. "İğdır" futbol klubuna bu mövsüm mübarizəsində uğurlar arzulayıram".

"İğdır" futbol klubunun prezidenti Cantürk Alagöz isə qeyd edib ki, "SOCAR Türkiye"nin kluba dəstək verməsi çox qürurvericidir:

"Qardaş ölkəmiz Azərbaycanın ən böyük enerji şirkəti və Türkiyənin ən böyük birbaşa xarici sərmayəçisi olan "SOCAR Türkiye"nin klubumuza dəstək verməsi bizi çox qürurlandırır və xoşbəxt edir. Bu dəyərli müqaviləyə görə "SOCAR Türkiye"yə təşəkkür edir və bunun hər iki tərəf üçün faydalı olmasını arzulayırıq".

Son xəbərlər