Muxtar Babayev NGBM-nin tədbirində iqlim dəyişikliyi fəsadlarının yumşaldılmasından danışıb

Muxtar Babayev NGBM-nin tədbirində iqlim dəyişikliyi fəsadlarının yumşaldılmasından danışıb
Siyasət 47

COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə baş tutmuş yüksək səviyyəli tədbirdə iqlim dəyişikliyi fəsadlarının yumşaldılması barədə danışıb.

BAKU.WS xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sosial şəbəkə hesabında məlumat verilib.

"COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev iqlim dəyişikliyi fəsadlarının yumşaldılmasında etibar və qlobal idarəetmənin rolunu müzakirə etmək üçün NGBM ilə yüksək səviyyəli bir tədbirdə iştirak edib. O, etibar və hesabatlılığın COP prosesi üçün fundamental olduğunu vurğulayaraq onların iqlim öhdəlikləri üzrə qlobal fəaliyyətin təmin edilməsi üçün önəmini qeyd edib", - paylaşımda bildirilib.

Xatırladaq ki, daha əvvəl Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusla iqlim dəyişikliyinin qlobal səhiyyə sistemlərinə təsiri ətrafında fikir mübadiləsi aparıb.

Qeyd edək ki, ayın əvvəlində NGBM BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Mərkəzin növbəti ali səviyyəli toplantısının keçiriləcəyinin anonsunu vermişdi.

Son xəbərlər