Xırdalandakı məktəb niyə təmir edilmir?
Xırdalan şəhər 2 saylı tam orta məktəb yararsız vəziyyətdədir.
Belə ki, təhsil ocağının tavanı və döşəməsi çöküb, sanitar qovşaqlara girmək isə mümkün deyil.
"İstilik problemi var, damdan su axır. Məktəb, demək olar ki, uçur. Neçə ildir ki, bu vəziyyətdəyik", - deyə valideynlər narazılıqlarını dilə gətiriblər.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən sözügedən məktəb binasının mövcud vəziyyəti barədə məlumatlı olduqlarını bildiriblər:
"Təhsil müəssisəsinə baxış keçirilib və son durum dəyərləndirilib. Məktəblərin təmiri və tikintisi növbəlilik əsasında həyata keçirilir. Növbəti tədris ilində sözügedən təhsil ocağında əsaslı təmir-bərpa işləri aparılacaq".
Daha ətraflı Baku TV-nin materialında:
Oxşar xəbərlər
Bakının bu rayonlarında qaz olmayacaq
Bakının iki rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat...