Kilian Mbappe 3 həftəlik sıradan çıxdı
25
sen
2024
17:07
"Real Madrid"in hücumçusu Kilian Mbappe sol bud nahiyəsindən aldığı zədə səbəbindən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq
BAKU.WS xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Forvarda bud nahiyəsinin biseps nahiyəsindən zədə diaqnozu qoyulub.
Ulduz futbolçu bu müddət ərzində İspaniya çempionatı və Çempionlar Liqasındakı oyunları buraxacaq.
Mbappe sentyabrın 24-də La Liqada "Alaves"lə matçda (3:2) zədələnib. İlk hissədə qol vurub, 80-ci dəqiqədə isə əvəzlənməsini istəyib.
Oxşar xəbərlər
Tofiq Musayev Belqradda oktaqona çıxacaq
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Serbiyanın paytaxtı Belqradda keçiriləcək "UFC Fight Night" turnirində qüvvəsini sınayacaq. BAKU.WS xəbər verir ki, qar...