Rafael Varan futbolçu karyerasını başa vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
"Komo"nun müdafiəçisi Rafael Varan peşəkar futbolçu karyerasını bitirmək qərarına gəlib,
BAKU.WS xəbər verir ki, bu barədə "Relevo"nun jurnalisti Matteo Moretto yazıb.
31 yaşlı Rafael Varan azad agent kimi "Komo"ya keçmişdi. Ulduz futbolçu İtaliya klubunda ilk görüşündəcə ciddi zədə alıb.
Sonradan məlum olub ki, "Komo" Varanı A seriyasında mövsüm üçün iştirak ərizəsindən çıxarıb. Eyni zamanda fransalı klubda cəmi 23 dəqiqə meydanda olub.
Qeyd edək ki, Rafael Varan "Real Madrid", "Mançester Yunayted" və Fransa millisindəki çıxışları ilə tanınıb. 2018-ci ildə Varan Fransa millisinin tərkibində dünya çempionu olub. "Real Madrid"lə isə 4 dəfə Çempionlar Liqasının qalibi olmağı bacarıb.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...