Ronaldo: "Heç vaxt düşünməmişdim ki, indi olduğum kimi olacağam"
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo özünü unikal insan adlandırıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb futbolçunun "Youtube" kanalında izləyici sayıdır.
"Mən unikal oyunçuyam və həyatda yaxşı insanam. Mənim üçün bu ən vacib şeydir. Heç vaxt düşünməmişdim ki, indi olduğum kimi olacağam", - Ronaldo deyib.
Ronaldonun "YouTube" kanalına 60 milyondan çox insan abunə olub. Futbolçu 24 saat ərzində "YouTube"da ən çox abunəçisi olan şəxs kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...