UEFA Avropa Liqası: Olavio Juninyo ulduz futbolçularla birliktə ilk 12-likdə yer alıb
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin nüfuzlu BBC nəşrinin hazırladığı Avropa Liqasının startından öncə yarışda diqqət mərkəzində olacaq 12 futbolçudan ibarət siyahıya "Qarabağ" klubunun hücumçusu Olavio Juninyo da daxil edilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, cədvəldə gənc oyunçularla yanaşı, təcrübəli futbolçuların adları da yer alıb.
12-liyə "Qarabağ"ın lideri Olavio Juninyo da daxil edilib. Nəşr ötən mövsüm 5-i Avropa Liqasında olmaqla, ümumilikdə 31 qol vuran braziliyalı hücumçunun yenə Azərbaycan çempionunun heyətində olacağını vurğulayıb: "Onun Çempionlar Liqasının təsnifat mərhələlərində vurduğu 6 qolu da saysaq, bu mövsümə yaxşı başladığını deyə bilərik".
Cədvəldə Juninyo ilə bərabər, Niko Uilyams ("Atletik Bilbao"), Fotis İoannidis ("Panatinaikos"), Amad Diallo ("Mançester Yunayted"), Cordan Henderson ("Ayaks"), Martin Subimendi ("Real Sosyedad"), Arçi Qrey ("Tottenhem"), Artyom Dovbik ("Roma"), Aleksandr Lyakazet ("Lion"), Enin Dzeko ("Fənərbağça"), Çiro İmmobile ("Beşiktaş") və Kasper Dolberqin ("Anderlext") adları yer alıblar.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin ilk oyununda "Tottenhem"lə qarşılaşacaq. Matç sabah Londonda keçiriləcək və saat 23:00-da start götürəcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...