UEFA Avropa Liqası: "Qarabağ" "Elfsborq"a uduzub

UEFA Avropa Liqası: Qarabağ Elfsborqa uduzub
İdman 396

"Qarabağ" səfərdə məğlub olub.

***

"Elfsborq" - "Qarabağ" matçında ilk hissədən sonra hesab açılmayıb.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda baş tutacaq "Elfsborq" (İsveç) - "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

"Buros Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Elfsborq": İsak Pettersson, Buhari İbrahim, Sebastyan Holmen, Terri Yeqbe, Niklas Halt, Simon Hedund, Besfort Zeneli, Timoti Ouma, Ahmed Kasem, Maykl Baydu, Arber Zeneli.

"Qarabağ": Mateuş Koxalski, Elvin Cəfərquliyev, Mateus Silva, Bədavi Hüseynov, Marko Veşoviç, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Abdullah Zubir, Aleksey Kaşuk, Juninyo.

***18:33

"Qarabağ"ı İsveçdə "Elfsborq"a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçında 100-ə yaxın azarkeş dəstəkləyəcək.

Bu barədə "Report"a Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisi oyun vaxtı bu rəqəmin arta biləcəyini istisna etməyib.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Oxşar xəbərlər

Kadi Borges "Qarabağ"a qayıdır

Kadi Borges "Qarabağ"a qayıdır

"Qarabağ" qış transfer dönəmindəki səssizliyini pozmağa hazırlaşır. BAKU.WS matc.az-a istinadən xəbər verir ki, Ağdam klubu yeni transferə yaxındır. Belə ki, sa...

174 İdman 20:11 04 fevral 2025

Son xəbərlər