8 Noyabr prospektində avtomobil belə aşdı
Bakı şəhər Xətai rayonu ərazisində baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəzaya 8 Noyabr prospekti ilə X.Rüstəmov küçələrinin kəsişməsində manevr qaydalarına əməl etməyən "Mitsubishi Pajero" markalı avtomobilin səbəb olduğu müəyyənləşib.
Məlum olub ki, "Mitsubishi Pajero" markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasına əməl etməyib.
Belə ki, avtomobil yolayrıcında sola dönən zaman qarşıdan düzünə hərəkətdə olan "VAZ" markalı avtomobillə toqquşub.
Güclü zərbənin təsirindən "VAZ" markalı avtomobil aşıb və yol kənarında yerləşən svetoforu qıraraq yerindən çıxarıb. Hadisə nəticəsində həm avtomobillərə, həm də yol infrastrukturuna ciddi ziyan dəyib.
Qeyd edək ki, ötən il ərzində paytaxtın müxtəlif küçə və prospektlərində qeydə alınan yol-nəqliyyat hadisələri zamanı 41 svetofor yararsız vəziyyətə düşüb.
Oxşar xəbərlər
16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI: Polis hərəkətə keçdi
Sığınacaqda heç kimə xəbər etmədən sevgilisi ilə gedən 16 yaşlı ana axtarışa verilib. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat...