Məktəbin istilik PROBLEMİ: Şagirdlərin davamiyyəti AŞAĞIDIR
Samux rayon Tatlı kənd ümumi orta məktəbinin şagirdləri soyuq sinif otaqlarında dərs keçmək məcburiyyətində qalıblar.
BAKU.WS ATV-yə istinadən məlumat verir ki, məktəbin sinif otaqları ötən ilədək odun sobaları ilə qızdırılıb, daha sonra məktəbdə ümumi istilik sistemi quraşdırılıb.
Lakin, bu sistem kartla olan sayğacla işlədiyindən pul bitən kimi istilik də kəsilir.
Valideynlər bildiriblər ki, bir aydan çoxdur vəziyyət belədir. Övladlarının davamiyyəti aşağıdır.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, sayğacda texniki problem yaranıb, lakin qısa müddətdə aradan qaldırılıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?
Azərbaycanda unlu qənnadı məmulatlarının idxalı 18.2 faiz artıb. Ekspertlər artımın yalnız tələbin yüksəlməsi ilə bağlı olmadığını bildirirlər. Unlu qənnadı məm...