Avropa Kuboku: "Azərreyl" çempion olub

13
okt
2024
20:37
"Azərreyl" klubunun qadınlardan ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda çempion olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, komanda həlledici matçda Ukraynanın "Sunrise Beach Spors Academy" klubu ilə üz-üzə gəlib.
İki oyundan birində "Azərreyl" (2:1) digərində isə rəqib (0:2) qalib gəlib. Ardınca baş tutan qızıl setdə gərgin mübarizədən sonra 15:12 hesabı ilə üstün olan təmsilçimiz yarışın qalibi adını qazanıb.
Oxşar xəbərlər
"Formula 1" 2026-cı il dünya çempionatında yeni iştirakçının adını rəsmən təsdiqləyib
"Formula 1" 2026-cı il mövsümündən etibarən dünya çempionatında rəsmi olaraq 11-ci komanda kimi "Сadillac"-ı təsdiq edib. "Report" xəbər verir ki, bu barədə yar...
