"Real" çətinliklə "Atletiko"nu turnirdən kənarlaşdırdı
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
İkinci oyun günündə daha dörd matç baş tutub.
"Atletiko" evdə "Real"la, "Lill" "Borussiya" ilə üz-üzə gəlib. PSV səfərdə "Arsenal"ın, "Brügge" isə "Aston Villa"nın qonağı olub.
UEFA Çempionlar Liqası
1/8 final, cavab görüşləri
"Lill" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2
İlk oyun - 1:1.
"Atletiko" (İspaniya) - "Real" (İspaniya) - 1:0 (Penal - 2:4)
İlk oyun - 1:2.
"Arsenal" (İngiltərə) - PSV (Niderland) - 2:2
İlk oyun - 7:1.
"Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika) - 3:0
İlk oyun - 3:1.
Bununla da növbəti mərhələyə "Real", "Borussiya", "Arsenal" və "Aston Villa" adlayıblar. Xatırladaq ki, "Barselona", "PSJ", "İnter" və "Bavariya" da 1/4 finala vəsiqə qazanıblar.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək.
Oxşar xəbərlər
Tahir Gözəl "Qarabağ"ın üzvləri ilə görüşüb
"Qarabağ"ın prezidenti Tahir Gözəl komanda üzvləri ilə görüşüb. BAKU.WS xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. O, Misli Pr...