Bakı yollarında "əjdaha yuvaları" peyda olub
27
fev
2025
20:03
Binəqədi rayonu, Binəqədi qəsəbəsində yollar bərbaddır.
Bu barədə kənd sakinləri BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər. Qeyd edilir ki, Mədən 3, korpus 112 ünvanında yollar dağılıb. Ərazi bərbad olduğundan sakinlər avtomobillə evlərinə gedə bilmirlər. Yollarda "əjdaha yuvaları"nı xatırladan çalalar yaranıb.
Xəstə üçün çağırılan təcili yardım maşını və digər həyatı əhəmiyyətli avtomobillər də həmin ərazidən istifadə edə bilmir.
Sakinlərin sözlərinə görə, dəfələrlə lazımı yerlərə bu barədə bildirilsə də, problem həll edilmir.
Oxşar xəbərlər
Bakıda bu binalar TƏMİR OLUNACAQ
Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmiri planlaşdırılır. BAKU.WS-in "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-dən əldə etdiyi məlumata görə, bu...