Bakıda yeni stadion inşa ediləcək - Bu ərazidə
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Yeni Yasamal-1 yaşayış massivində idman zalı və minifutbol meydançasının tikintisi üzrə işlərin satın alınması üçün tender elan edib.
BAKU.WS-in məlumatına görə, layihənin dəyəri təxminən 998,624.56 AZN təşkil edir.
Müsabiqə çərçivəsində idman zalının inşası və minifutbol meydançasının yaradılması planlaşdırılır.
Tikinti prosesində müasir standartlara cavab verən materiallardan istifadə ediləcəyi və layihənin yüksək keyfiyyətlə icra ediləcəyi gözlənilir.
Bu idman zalı və futbol meydançası bölgədə sağlam həyat tərzini təşviq etmək və gənclərin idmanla məşğul olması üçün vacib bir addım kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Prezident İlham Əliyevin cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakı Azərbaycan idmanına göstərilən yüksək diqqət və qayğının, ölkədə cüdoya veril...