Ən ağıllı uşaqlar bu ayda doğulur

Ən ağıllı uşaqlar bu ayda doğulur
Digər 9270

Alimlər uşaqların doğulduğu ay ilə intellektual qabiliyyətləri arasındakı mümkün əlaqəni araşdıraraq maraqlı nəticələr əldə ediblər.

BAKU.WS xəbər verir ki, ABŞ-də aparılan tədqiqat zamanı hansı aylarda doğulan uşaqların daha yüksək intellektual potensiala malik olduğu müəyyən edilib.

Araşdırmalar göstərib ki, sentyabr ayında doğulan uşaqlar akademik uğurları ilə digərlərindən fərqlənirlər. ABŞ-də 1 milyon şagirdin təhsil göstəricilərinin təhlili zamanı sentyabrda doğulanların məktəb və universitet səviyyəsində daha yüksək nəticələr əldə etdiyi məlum olub.

Sentyabrda doğulanlar akademik göstəricilərdə öndədirlər

Tədqiqat nəticələrinə görə, bu uşaqlar həm orta, həm də ali təhsil pillələrində ən yüksək qiymətləri alırlar. Avqust ayında doğulan uşaqlar isə, ümumiyyətlə, akademik baxımdan daha zəif nəticələr göstərən qrup kimi qiymətləndirilib.

İdmanda ən uğurlular avqustda doğulanlardır

Bunun əksinə olaraq idman sahəsində uğur qazananların böyük əksəriyyətinin avqust ayında doğulduğu aşkar edilib. Xüsusilə futbol və basketbol kimi idman növlərində ulduz oyunçuların çoxunun avqust doğumlu olduğu bildirilib.

Sentyabr-dekabr aylarında övlad gözləyənlər üçün maraqlı fakt

ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosunun məlumatına görə, ABŞ-də uşaqların məktəbə başlama yaşı nəzərə alındıqda sentyabr-dekabr aylarında doğulanların yay aylarında doğulanlardan daha gec məktəbə getdiyi məlum olub. Bu da onların intellektual inkişafına müsbət təsir göstərir.

Araşdırmalar doğum ayının yalnız bürclər və ad günləri ilə bağlı olmadığını, eyni zamanda zəkaya və hətta insan ömrünün uzunluğuna da təsir göstərə biləcəyini ortaya qoyur. Hətta payız və qış aylarında doğulanların yaz və yay aylarında doğulanlardan daha uzun ömür sürdüyü qeyd olunur.

Son xəbərlər