"Neftçi"nin məşqçisi: "Azərbaycan çempionatının ən güclü komandalarından biri ilə qarşılaşdıq"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan çempionatının ən güclü komandalarından biri ilə qarşılaşdıq.
"Report" xəbər verir ki, bunu "Neftçi" basketbol klubunun məşqçisi Daviti Çivçivadze "Sabah"a qarşı Azərbaycan Kubokunun 1/4 final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:
"Bu gün Azərbaycan çempionatının ən güclü komandalarından biri ilə qarşılaşdıq. Şükürlər olsun ki, bu matçda qalib gəldik. Biz 35 dəqiqə ərzində oyuna tam nəzarət edirdik. Son dəqiqələrdə rəqib yaxşı atışlar edərək xal fərqini azaltdı. Müdafiəmizdə bəzi problemlər var idi. Təbii ki, bunların üzərində işləyəcəyik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Növbəti mərhələdə rəqibimiz NTD komandası olacaq. Biz həmin görüşə də yaxşı hazırlaşacaq və çalışacağıq ki, qələbə qazanaq."
Qeyd edək ki, "Neftçi" - "Sabah" qarşılaşması birincilərin 85:81 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...