Almaniya millisinin sabiq üzvü Mesut Özil Azərbaycana gələcək

Almaniya millisinin sabiq üzvü Mesut Özil Azərbaycana gələcək
Foto
İdman 73

"Arsenal", "Real Madrid", "Fənərbağça" kimi klublarda oynamış dünyaca məşhur futbolçu Mesut Özil "Qarabağ" tərəfindən Azərbaycana dəvət olunub.

BAKU.WS xəbər verir ki, dünya çempionu oktyabrın 11-də "Qarabağ"ın qonağı olacaq.

Özil komandanın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək. Tədbir saat 16:30-da başlayacaq.

Qeyd edək ki, karyerası ərzində "Şalke", "Verder", "Real", "Arsenal", "Fənərbağça" və "Başakşəhər"də oynamış 36 yaşlı futbol veteranı Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olub.

Son xəbərlər