Bakı Sumqayıt avtobusunda gediş haqqı nə qədərdir?

Bakıdan Sumqayıta işləyən 502 nömrəli avtobusun sürücüləri sərnişinlərdən artıq pul alır.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayət daxil olub. Bİldirilir ki, 502 nömrəli H.Z.Tagiyev qəsəbəsi-Bakı avtovağzalı avtobus xəttinin tarif haqqı 70 qəpik təyin olunduğu halda sürücülər 80 qəpik tələb edir.
Bununla bağla qəsəbə sakinləri Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciəti edib.

"Qurumdan bildirildi ki, 40 km-dək məsafə 70 qəpikdir. 502 nömrəli avtobusun məsafəsi 34 km-dır və 70 qəpikdən hesablanmalıdır", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı AYNA ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Bakıda tozlu hava - Təhlükə haradan gəlir?
Avqustun son günlərindən etibarən, Bakıda və Abşeron yarımadasında yenidən tozlu hava şəraiti müşahidə olunub. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun...
