Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub
09
okt
2024
23:01
Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən 1968-ci il təvəllüdlü Abbasova Zəminə Adil qızı Neftçala Rayon Mərkəzi Xəstəxanasına direktor müavini-baş həkim vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Z.Abbasova bu təyinata kimi xəstəxanada Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində işləyib.
Oxşar xəbərlər
Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb
Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqlar başa çatdırılıb. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də məlumat...