Azərbaycan karateçiləri İtaliyada dünya çempionatında iştirak edəcəklər
07
okt
2024
22:58
Azərbaycanın yeniyetmə və gənclərdən ibarət karateçiləri İtaliyanın Venesiya şəhərində dünya çempionatında iştirak edəcək.
Yığmamız mundialda 25 nəfərdən ibarət heyətlə baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Seymur Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.
Bundan başqa Cahangir Babayev və Vüqar Kərimov hakim qismində Azərbaycanı təmsil edəcək.
Yığmamız yarışa Azərbaycan Karate Fedarasiasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.
Qeyd edək ki, yarış oktyabrın 9-dan 13-dək davam edəcək.
Oxşar xəbərlər
Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku vəfat edib
Futbol üzrə Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku 80 yaşında ürək tutmasından vəfat edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu...