Beynəlxalq Velosipedçilər İttifaqı Azərbaycanda keçirilən yarışı tanımadı - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Yerli mediada yayılan xəbərlərə görə, iyun ayında Tovuzda keçirilmiş şose velosipedi üzrə Azərbaycan çempionatının nəticələri araşdırılıb. Keçirilən yarışın Azərbaycan Velosiped Federasiyası tərəfindən saxtalaşdırıldığı aşkarlandığı üçün həmin turnir Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən tanınmayıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az Azərbaycan Velosiped Federasiyasına sorğu ünvanlayıb.
Ancaq qurumun baş katibi Elnarə Musayevabununla bağlı açıqlama verilməyəcəyini bildirib.
Qeyd edək ki, keçirilən yarışın baş hakimi federasiyanın baş katibi Elnarə Musayeva olub
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...