Azərbaycanda tanınmış müğənninin qardaşı bıçaqlandı?
Yeniliklərdən dərhal xəbərdar olun
Vüqar Namazov bıçaqlanması ilə bağlı polis orqanında təhqiqat araşdırması başlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BAKU.WS-ə bildirib ki, oktyabrın 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonunun 1-ci Mədən yaşayış massivi ərazisində 2002-ci il təvəllüdlü E.Ağaquliyevin aralarında yaranmış mübahisə zəminində 1985-ci il təvəllüdlü V.Namazova xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
Hadisə ilə bağlı ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.
Tərəflərin izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Hazırda araşdırma davam etdirilir.
***10:41
Müğənni Ülviyyə Namazovanın qardaşı Vüqar Namazov bıçaqlandığı iddia edilir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Qeyd edilib ki, sənətçinin qardaşı Vüqar Namazovun 2 gün əvvəl 5 bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilib.
Məsələ ilə əlaqədar sözügedən tibb mərkəzi ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Ruzbeh Məmməd BAKU.WS-ə açıqlamasında faktı təsdiqləyib.
O, bildirib ki, hazırda Vüqar Namazovun səhhəti yaxşıdır və o yaxın günlərdə evə buraxılacaq:
"Palataya köçürülüb. Yaxın günlərdə evə buraxılması nəzərdə tutulub. Vəziyyəti stabildir".
Məsələ ilə bağlı Ülviyyə Namazovanın özü əlaqə saxlamağa çalışdıq. İfaçının meneceri Elmar bəy BAKU.WS-ə açıqlamasında məlumatı təkzib edib şaiyə olduğunu bildirdi.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....