Bu restoranda saxta spirtli içkilər verilirmiş
Qida Təhlükəsizliyi Agentliyi Sabunçu rayonu, R.Axundov küçəsində yerləşən "Moon Pub" restoranında yoxlama keçirib.
Bu barədə BAKU.WS-ə Agentlikdən məlumat verilib.
Daxil olan müraciət əsasında aparılan yoxlama zamanı fiziki şəxs Əliyev Zaur İslam oğluna məxsus restoranın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ tələblərin pozulduğu müəyyən olunub. Həmçinin ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb.
Müayinələrin aparılması üçün nümunələr müvafiq laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir.
Faktla bağlı cavabdeh şəxs barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
Oxşar xəbərlər
Baha qiymətə satılan kərə yağları keyfiyyətlidirmi?
Baku TV-nin "Baku Aktual" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki buraxılışında kərə yağının qiymətinin kəskin artmasının səbəbləri müzakirə...