İrandan gətirilən 20 min kq-dan çox uyğunsuz qida məhsullu məhv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
İrandan Azərbaycana gətirilən 20 min 60 kq qida məhsullunda uyğunsuzluq aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində İrandan idxal olunan turşu lavaş, ərik qurusu, şirin çörəkdən (keks) Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
| Məhsulun adı | Məhsulun miqdarı | İstehsalçı | İdxalçı | Məhsul partiyası |
| Turşu lavaş | 14850 kq | "Reza Ghaderi" | "Yedcon 2024" MMC | 17.10.2024-17.10.2026 |
| Ərik qurusu | 4110 kq | "Hasan Mohammadloo" | "Yedcon 2024" MMC | 20.09.2024-20.09.2025 |
| Şirin çörək (keks) | 1100 kq | "Shırın Gholat Bonab" | Fiziki şəxs Kərimov Kamran Abdulla oğlu | 25.09.2024-25.02.2025 |
Faktla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyaları məhv edilib.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
"Cənnətin ariyası" adlı layihə çərçivəsində 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinin birgə iştirakı ilə kons...