Sosial şəbəkə bunu edənlər 10 ilədək həbs oluna bilər

Azərbaycanda media və sosial şəbəkədən istifadə etməklə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə məsuliyyət nəzərdə tutulacaq.
BAKU.WS report-a xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.
Dəyişikliyə görə, bu əməllər mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Qeyd edək ki, qeyd olunan əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

Oxşar xəbərlər
Şadlıq evləri toy sahibinə qəbz təqdim edəndə qiymətlər daha yüksək olur?
Şadlıq evlərində 200-300, hətta 500 və min nəfərlik toylar edilir. Maraqlısı odur ki, nağd və ya nağdsız formada toy sahibindən ödəniş alınarkən qəbz təqdim edə...