Bakı və Abşeron yarımadasının sakinlərinə XƏBƏRDARLIQ
Oktyabrın 8-9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Xidmətdən BAKU.WS-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağstafa, Goranboy, Samux, Gəncə, Qazax, Tovuz, Şəmkir, Qobustan, Naftalan, Şirvan, Salyan, Hacıqabul, Xızı, Siyəzən, Xaçmaz, Şabranda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Qaradağ və Nizami rayonları ərazisində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə 08.10.2024-cü il saat 09:00-dan qaz təchizatının dayandırılması planlaşdı...