Ağadadaş Ağayevin ölkədən çıxışına QADAĞA qoyula bilər
Xalq artisti Ağadadaş Ağayev məhkəməyə verilib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, buna səbəb onun dövlətə vergi borclarının yaranmasıdır.
Belə ki, müğənniyə məxsus "Ağadadaş" MMC-nin dövlət büdcəsinə vergi və fondlara borcu yaranıb. Lakin o, həmin borcları müəyyən olunan vaxt keçməsinə baxmayaraq, ödəməyib. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi ona qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.
İddiada borcu ödəmədiyi təqdirdə Xalq artistinin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunur.
İddiaya hakim Kənan Hüseynov baxacaq.
Qeyd edək ki, sənətçi bu yay Binəqədi rayonu ərazisində yerləşən "MedEra Hospital"dakı qalmaqallı dava ilə gündəmə gəlib.
Oxşar xəbərlər
Satıcılar alıcılara çağırış ETDİLƏR: "Göbələklər zəhərli ola bilər"
Ötən gün Xaçmazda 39 və 47 yaşlı iki xanım göbələk zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan biri Kliniki Tibbi Mərkəzə gətirilərkən yolda d...