DİQQƏT! - Bunu edən sürücülər 20 AZN CƏRİMƏLƏNƏCƏK

Bakıda bir çox yerdə elektrik doldurma stansiyaları quraşdırılıb. Lakin sürücülər avtomobillərini elektrik enerjisi ilə doldura bilmirlər. Səbəb isə həmin zolağı digər avtomobillərin park məqsədilə zəbt etməsidir.
BAKU.WS xəbər verir ki, eleketrik doldurma stansiyaları qoyulub, qurğuya yaxınlaşmaq üçün yolkənarı yaşıl zolaq da çəkilib. Lakin buna məhəl qoyan yoxdur.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisindən "Xəzər Xəbər"ə bildirildi ki, elektrik doldurma üçün nəzərədə tutulan ərazilərdə avtomobil park etmək qadağandır.
O da əlavə edilib ki, yol polisi tərəfindən bu istiqamətdə mütəmadi tədbirlər görülür.
Qeyd edək ki, qaydanı pozan sürücüləri 20 AZN cərimə gözləyir.
Ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
UNEC-in Dərbənd filialının məzunlarına diplomlar bir ildən sonra verilməyə başlanıb
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü tədris ili üzrə məzunlarına diplomların verilməsinə başlanılıb. BAKU.WS bu barə...