Bakının bir rayonunda və Sumqayıtın bəzi ərazilərində işıq kəsiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gecə Bakının Yasamal rayonunun və Sumqayıt şəhərinin bir sıra yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilir ki, Sumqayıt RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan bəzi ərazilərdə 10/35/6 kV-luq 135 saylı yarımstansiyada həyata keçirilən profilaktik təmir işləri ilə əlaqədar oktyabrın 30-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq, saat 00:00-dan saat 03:00-dək Sumqayıtın 3, 7-8-12, 10, 15, 16, 21, 22, 29, 36, 39, 41a, 41, 42, 76-cı məhəllələr, 1, 2, 3, 4, 8-ci mikrorayonlar, İnşaatçılar, Katec qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...