Xocavənddə yanğın: Əraziyə helikopterlər göndərildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xocalı rayonu, Həsənabad kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən a bildirilib ki, məlumatla əlaqədar əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə zolağına keçməsinə imkan verilmədən söndürülüb.
Həmçinin, Xocavənd rayonunun Cütcü kəndi istaqamətində açıq ərazidə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında nazirliyin qüvvələri əraziyə cəlb olunub.
Hazırda göstərilən istiqamətdə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopterləri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
MSK bələdiyyə seçkilərində daha 10 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
Mərkəzi Seçki Komissiyası (MSK) daha 10 siyasi partiyanın bələdiyyə seçkilərindəki səlahiyyətli nümayəndələrini qeydə alıb. "Report" xəbər verir ki, bununla bağ...