Naxçıvanda şərti düşmənin planlı və plandankənar hədəfləri məhv edilib
Əlahiddə Ümumqoşun Ordunun 2024-cü il üçün hazırlıq planına uyğun olaraq komanda-qərargah təlimi keçirilib, şərti düşmənin planlı və plandankənar hədəfləri məhv edilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimə cəlb olunan bölmələr "Həyəcan" siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində idarəetmə bacarıqları yoxlanılıb.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə raket və artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini atəşlə məhv ediblər. Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.
Oxşar xəbərlər
Türkiyənin Gəncədəki Baş Konsulluğunda təyyarə qəzası qurbanlarının xatirəsi yad edilib
Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunda Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus sərnişin təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb. Baş K...