NATO qəzanın araşdırılması üçün ÇAĞIRIŞ ETDİ
Azərbaycan Hava Yollarının J28243 reysi ilə baş verən təyyarə qəzası zamanı həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
BAKU.WS xəbər verir ki, bu barədə Alyansın mətbuat katibi Fərəh Daxlallah "X" hesabında paylaşım edib.
Qəzada xəsarət alanlara tezliklə sağalmalarını arzulayırıq.
Hadisənin səbəblərinin tam araşdırılması üçün çağırış edirik.
Our thoughts and prayers are with the families and victims of #AzerbaijanAirlines flight #J28243. We wish those injured in the crash a speedy recovery and call for a full investigation.
— NATO Spokesperson Farah Dakhlallah (@NATOpress) December 26, 2024
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
Daxmada yaşayan ata və beş azyaşlı övladına müavinət təyin edildi
Bir neçə gün əvvəl Gəncə şəhəri Azərbaycan bayrağı küçəsində yaşayan Urfan Qasımov Baku TV-yə müraciət edib. Vətəndaş müraciətində bildirib ki, anası tərəfindən...